Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümünə həsr olunan yubiley pul nişanını təqdim edib. Bu barədə AMB-dən məlumat verilir.
“Yubiley pul nişanının çəkisi 1 troy unsiyası, diametri isə - 38,61 mm. təşkil edir. Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib”, - məlumatda qeyd olunur.
Pul nişanının nominal dəyəri 5 manat təşkil edir. **
Ə.Məmmədov