26-27 noyabr 2019-cu il tarixlərində Bakıda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “My Broker” gömrük təmsilçiliyinin birgə təşkilatçılığı ilə «World E-Commerce Forum Eurasia» beynəlxalq forumu keçiriləcək.
Forumun keçirilməsində məqsəd Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişaf etdirilməsidir.
“Forumda region üzrə öndə gedən şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri elektron ticarət, eləcə də elektron ixrac, dünyada son tətbiqlər mövzusunda çıxış edəcəklər”, - deyə təşkilatçılar qeyd edirlər.
Forumda aparıcı beynəlxalq şirkətlərin nümayəndələri, onlayn mağazalar, e-ticarət sahəsində xidmət göstərən şirkətlər iştirak edəcəklər.*
X.Nəsirzadə