“Azalternativenerji” MMC Energetika Nazirliyi ilə bağlanmış müqavilə çərçivəsində 437 min 483,28 manat alacaq.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, “Azalternativenerji” MMC texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrində alternativ enerji mənbələrinin tətbiqinə dair təkliflər hazırlayacaq.
Görüləcək işlərin həcminə texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatının həyata keçirilməsi məsələsinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması daxildir.*
A.Əzizov