“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Bakı sürət qatarı ilə sərnişin daşımalarına start verildiyini elan edib.
“Oktyabrın 24-də Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq bu cür qatarlar üçün nəzərdə tutulmuş “Prima M4” sərnişin lokomotivi ilə yola salınıb. Bu günədək dəmir yollarında sərnişin qatarlarının daşınmasında 70-ci illərin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu”, - deyə məlumatda bildirilir.
Köhnə lokomotivlərlə müqayisədə “Prima M4”ün maksimal sürət həddi saatda 100 kilometrdən saatda 160 kilometrə kimi artıb.
“Lokomotivdə istifadə olunan rekuperativ əyləcləmə enerji sərfiyyatını azaldır, təkər darağı yağlanması sisteminin mövcudluğu isə təkərlərin istismar müddətini uzadır”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə