Azərbaycan hökuməti 2020-ci il üçün yaşayış minimumu 190 manat səviyyəsində müəyyən etməyi təklif edir. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilir.
2019-cu il üçün yaşayış minimumu 180 manat səviyyəsində təsdiq olunub. Beləliklə, 2019-cu il üçün yaşayış minimumu 2018-ci illə müqayisədə 5,6% artacaq.
O cümlədən, 2020-ci il üçün əmək qabiliyyətli vətəndaşlar üçün yaşayış minimumu 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilməsi təklif olunur. **
Ə.Məmmədov