Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində bir sıra istehsalat və infrastruktur obyektlıərin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xüsusilə, Əliyev Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra işə salıb. Eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyası istismara verilib.
Bundan başqa, prezident Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası “AzRose” MMC-də olub, həmçinin “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib.
O cümlədən, prezident Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərini işə salıb. **
X.Nəsirzadə