Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskva ilə Yerevan arasında əməkdaşlıq tempinin artdığını qeyd edib və gələn il üçün ikitərəfli hərbi əməkdaşlıq planının təsdiqlənməsini təklif edib.
"Biz əməkdaşlığımızı intensiv şəkildə davam etdirməyi planlaşdırırıq. Bu məqsədlə 60-dan çox birgə tədbirin daxil olduğu 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsi hazırlanıb. Bu gün onu təsdiqləməyi təklif edirəm", - deyə o, bu gün Ermənistanın müdafiə naziri David Tonoyanla danışıqlar zamanı bildirib.
Rusiyalı nazir qeyd edib ki, Rusiya və Ermənistan “təkcə ikitərəfli formatda deyil, beynəlxalq qurumlar, ilk növbədə, KTMT çərçivəsində də uğurla əməkdaşlıq edir”.
O, həmçinin deyib ki, Rusiya Ermənistan üçün yüksək ixtisaslı hərbi kadrlar hazırlamaqda davam edir.
"Hazırda Rusiya Müdafiə Nazirliyinin 25 ali təhsil müəssisəsində 248 erməni hərbi qulluqçu təhsil alır", - deyə S.Şoyqu bildirib.*