MDB-yə üzv ölkələrin hərbi əməkdaşlığı Birliyə daxil olan dövlətlərin yüksələn xəttlə inkişafını təmin edən vacib amildir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Xüsusilə müasir mərhələdə hərbi əməkdaşlıq regionda mövcud və mümkün təhdidlər nəzərə alınmaqla daha böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən, düşünürəm ki, sabitlik və Birliyə daxil olan dövlətlərin yüksələn xəttlə inkişafı ölkələrimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı əlaqəsindən asılıdır”, - Əliyev çərşənbə günü MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak məqsədilə Bakıya səfərə gələn Birliyə daxil olan dövlətlərin hərbi idarələrinin rəhbərləri ilə görüşdə bildirib.
Azərbaycan prezidentinin rəyinə görə, bu çox vacib tədbirdir. “Bu, ölkələri daha da birləşdirir, həmçinin ikitərəfli gündəliyə dair danışıqlar üçün yaxşı imkan yaradır”, - Əliyev vurğulayıb.
O cümlədən, dövlət başçısı nazirlərə Aşqabadda keçirilən Birliyin sammitinin bəzi yekunları barədə məlumat verib. Onun sözlərinə görə, sammit “çox uğurlu olub”.
“MDB-yə digər üzv ölkələr kimi Azərbaycan bu təşkilata böyük önəm verir. Həmçinin bir çox məsələlərə dair konstruktiv mövqeyimiz gələcəkdə MDB çərçivəsində qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verir”, - Əliyev bəyan edib. *8