SOCAR şirkəti (ARDNŞ) lazımi prosedurları başa vuraraq Antipinski NEZ-in səhmlərinin 80%-nin sahibi olan “SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı oldu. Bu barədə ARDNŞ-dən məlumat verilir.
Eyni zamanda, ARDNŞ “SOCAR Enerqoresurs” MMC-dəki payını qeyd etmir.
SOCAR-ın bu layihədə əsas rolu Antipinski NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarətdir.
“Sazişin strukturu baxımından SOCAR-ın Antipinski NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risklər yaratmır”, - ARDNŞ-dən bildirilib.
Cari ilin may ayında “Sberbank” “Noviy potok” qrupundan “Antipinski NEZ” SC-nin səhmlərinin 80%-ni alıb. Sonra məlum olub ki, “Sberbank” və “SOCAR Enerqoresurs” MMC qrupu Kiprin “Vikay Industrial Limited” şirkətinin 80% səhmləri üzərində mülkiyyət hüququ əldə edib.
May ayında “Sberbank” qprupunun şirkəti “СБК Комплект” MMC (40%) və “Socar Russia Investments Ltd” (60%) “SOCAR Enerqoresurs”un təsisçiləri qismində çıxış ediblər. İyulun əvvəlində Kiprin “Mediterranean Nominees Limited” şirkətinə məxsus “Energoresource RT Limited” “SOCAR Enerqoresurs”un yeganə sahibi oldu.
Gücü 9 mln. ton təşkil edən Antipinski NEZ Ai-95, Ai-92 və Avro-5 keyfiyyət standartında Ai-80 markalı benzin, dizel yanacağı, neft koksu, maye qaz, karbohidrogen qazı istehsal edir. 2018-ci ildə NEZ nef t emalını 2017-ci ildə 7,3 mln. tondan 6,4 mln. tonadək azaldıb. 2019-cu ilin birinci yarısının yekunları üzrə emal həcmi ötən ilin analoji dövrü ərzində 3,48 mln. tondan 1,769 mln. tonadək azalıb. Son məlumatlara əsasən, NEZ-in borcu $5 mlrd. təşkil edir, bunun təqribən $3 mlrd.-ı “Sberbank” qarşısındakı borcun payına düşür. **
A.Əzizov