2019-cu ilin yanvar-sentyabr aylarında “Expressbank” aktivlərini 12,3% - 346,573 mln. manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il sentyabrın 30-na bankın kredit portfeli 186,578 mln. manata (azalma 16%) bərabərdir.
Hesabat dövrünün sonuna “Expressbank”ın öhdəlikləri 226,031 mln. manata (azalma 18,1%), həmçinin depozit portfeli – 180,227 mln. manata bərabərdir (azalma 22,7%).
Hesabat dövrünün sonuna bankın kapitalı 120,543 mln. manata (artım 1%) çatıb, nizamnamə kapitalı isə 112,545 mln. manat məbləğində qalıb (azalma 18%).
Yanvar-sentyabr aylarının yekunları üzrə bankın xalis mənfəəti 25,59 mln. manat təşkil edib (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 8,1 dəfə - İF).
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fərdi şəxslərdir.**
Ə.Məmmədov