Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” sərəncam imzalayıb.
Sərəncamım mətni dövlət başçısının saytında dərc olunub.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub.
Komissiyanın tərkibinə iki nazir daxil olub – energetika və nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirləri.
Həmçinin, Komissiyaya Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti və digər strukturların nümayəndəlrəıi daxil olub.
Xəbər verildiyi kimi, Azərbaycan-Rusiya hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının 2019-cu ilin sonunadək Bakıda keçirilməsi planlaşdırılır. **
Ə.Məmmədov