04.11.2019 21:10

Stavropolda mirkoavtobusun iştirakı ilə yol qəzasında 7 nəfər Azərbaycan vətəndaşı xəsarət alıb

Rostov-na-Donu şəhərindən Bakıya (Azərbaycan) gedən mikroavtobus Stavropol diyarında qəzaya uğrayıb, xəsarət alanlar var. Bu barədə “İnterfaks”a məlumatlı mənbə bildirib.

“Bazar ertəsi axşam saatlarında “Svetloqrad-Blaqodarniy-Budennovsk” avtomobil yolunda sərnişin mikroavtobusu küvetə sürüşərək maneəyə çırpılıb. Nəticədə, 7 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib”, agentliyin həmsöhbəti bildirib.

Mənbənin sözlərinə görə, YNH zamanı mikroavtobusda ümumilikdə 9 nəfər Azərbaycan vətəndaşı olub.

“İnterfaks” agentliyi hələlik məlumatın rəsmi təsdiqinə malik deyil. **


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.