Bu gün Bakının Nizami rayonunda iki marşrut avtobusunun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.
“Qəza 8-ci km bazarı yaxınlığında baş verib. Hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 4 nəfəri qadındır”, - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Burun sümüyünün sınığı diaqnozu qoyulmuş bir nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
“Qalan 7 nəfər 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb və lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb”, - deyə məlumatda bildirilir.
Qəzanın baş vermə səbəbləri açıqlanmır.*
Ə.Məmmədov