Rusiya Ermənistana ən müasir növ silahlar tədarük edir. Bunu Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.
“Ermənistana əvvəl heç zaman tədarük olunmayan silah tədarük edilib. Beləliklə, xüsusilə silah tədarükü məsələsində Rusiyadan incimək gühandır”, - Kalaşnikov İrəvanda KTMT-nin Parlament Assambleyasının plenar iclası çərçivəsində Rusiyanın Azərbaycana silah tədarükünə dair məsələyə cavabında jurnalistlərə bildirib.
Kalaşnikovun sözlərinə görə, Rusiya yalnız Azərbaycana deyil, həm də müttəfiqlərinə, tərəfdaşlarına silah satır.
“Ermənistan da müttəfiqlər sırasına daxil edilib, bu ölkəyə heç zaman digərlərinə satmağıdı silahlar da satır”, - o qeyd edib.
Öncə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Azərbaycana silah satması ilə narahatlıq ifadə etməsi ilə bağlı jurnalistlərin sözlərinə Kalaşnikov bəyan edib: “Əlbəttə, bu, Ermənistana ən müasir silah satmağımız Azərbaycanı necə narahat edirsə, eynilə narahat edir. Dövlət başçılarıdır, qoy bundan sonra da başları ağrısın”. **