Azərbaycan terrorçuluğa və separatizmə qarşı mübarizədə Türkiyəni tam dəstəkləyir. Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.
“Separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycanın Türkiyəni tam dəstəkləyir. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparılır”, - deyə Z.Həsənov bu gün Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakla görüşdə bildirib.
Korgeneral M.Gürak iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrindən, o cümlədən səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.
Noyabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq. Tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər. Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.*
B.Rüstəmbəyov