Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 mln. manat ayırmağı tapşırıb.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.
Vəsait “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
Ə.Məmmədov