Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında “Pensiya təminatı haqqında” saziş imzalanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Sənədi bu gün Bakıda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Bolqarıstan səfiri Nikolay Yankov imzalayıblar.
Saziş Azərbaycan və Bolqarıstan arasında pensiya təminatı sahəsində əlaqələrin tənzimlənməsi, iki ölkə vətəndaşlarının pensiya və sosial sığorta hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılması məqsədinə xidmət edir. Sənəd Azərbaycan və Bolqarıstan vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə hüquqlarının tanınması və qorunması mexanizmlərini müəyyən edir.*
A.Əzizov