Bakı və Ankara 2020-ci il üçün hərbi əməkdaşlıq üzrə fəaliyyət planı razılaşdırıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
Sənəd cümə axşamı Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunları üzrə razılaşdırılıb.
“İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb”, - nazirlikdən qeyd olunur.
İclasının yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.
Bu formatda növbəti görüşün gələn il Türkiyədə keçirilməsi planlaşdırılır. **
A.Əzizov