Dekabrın 23-də “VTB Bank (Azerbaijan)” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Dekabrın 23-ü saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb”, - “İnterfaks-Azərbaycan”a bankın mətbuat xidmətindən məlumat verilib.
Xüsusilə, səhmdarlar bankın Müşahidə Şurasının tərkibini təsdiq etməlidirlər.
“Bundan əlavə, səhmdarlar banka aidiyyəti olan şəxs ilə bağlanan əqdi müzakirə etməlidirlər”, - mətbuat xidmətindən vurğulanıb.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.**
Ə.Məmmədov