Noyabrın 12-də “Embafinans” BOKT 1 mln. manat məbləğində istiqrazın yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından məlumat verilib.
İstiqrazların 365 gün tədavül müddəti və 10,5% illik faiz dərəcəsi ilə emissiya olunub.
Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 1 min ədəd istiqraza bölünüb.
İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edəcək.
“Embafinans” BOKT 2012-ci ildə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 10 mln. manata bərabərdir. 2018-ci ilin sonuna BOKT-un aktivləri 29,6 mln. manatı ötür.**
Ə.Məmmədov