Dekabrda Kiyevdə GUAM ölkələrinin II biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“2019-cu il dekabrın 12-də Kiyevdə GUAM ölkələrindən olan iş adamlarının iştirakı ilə ikinci biznes forum keçiriləcək. Tədbir GUAM ölkələrinin hökumət başçılarının görüşü çərçivəsində təşkil olunub”, - deyə məlumatda qeyd olunur.
AZPROMO Azərbaycanın işgüzar dairələrini bu tədbirdə iştirak etməyə dəvət edir.*
B.Rüstəmbəyov