Bu gün Xarkov şəhərində Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzi açılıb.
Ukrayna mətbuatının məlumatına görə, tədbirdə Xarkov merinin birinci müavini İqor Terexov, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev iştirak ediblər.
“Biz ölkəmizin zəngin tarixi və ənənələrini tanıtmaq istəyirik, burada poeziya axşamları, etno-festivallar və digər tədbirlər keçirməyi planlaşdırırıq. Bu, Ukraynada ilk belə mərkəzdir”, - deyə A.Xudiyev bildirib.*
A.Əzizov