İrəvan və Bakı Qarabağ münaqişəsinin həllinə dair konkret sənəd ilə bağlı danışıqlar aparmır. Bunu Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bəyan edib.
“Sülh prosesi çaxnaşmasız davam edir. Təsdiq etmək istərdim ki, hazırda tərəflər hər hansı konkret sənəd ilə bağlı danışıqlar aparmırlar”, - Naqdalyan “Svododa” radiostansiyanın Ermənistan bürosuna bildirib.
O, həmçinin qeyd edib ki, “Azərbaycan XİN başçısının sülh prosesi ilə əlaqədar həyəcanı və ya nikbinliyini” şərh etmək istəmir. **