Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatına yatırımları $350 mln. həcmində qiymətləndirilir. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Hazırda Azərbaycanda BƏƏ-nin 350 şirkəti fəaliyyət göstərir. İndiyədək BƏƏ Azərbaycanın iqtisadiyyatına $2,2 mlrd. yatırıb, bunun $900 mln.-u qeyri-neft sektorunun payına düşür. Öz növbəsində, Azərbaycan BƏƏ-nin iqtisadiyyatına $350 mln. yatırıb”, - Cabbarov çərşənbə axşamı Bakıda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında IV Ticarət məclisində bildirib.
Öz növbəsində, BƏƏ-nin Azərbaycandakı səfiri Muhammed al Qubeysi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
“BƏƏ Azərbaycan şirkətləri üçün Yaxın Şərq və Afrika ölkələrinə məhsulları ixracı üşün hab rolu oynaya bilər. Öz növbəsində, Azərbaycan Qafqaz bazarına çıxış əldə etmək istəyən ərəb şirkətləri üşün analoji mərkəzə çevrilə bilər”, - al Qubeysi vurğulayıb. **
Ə.Məmmədov