Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxın 2-3 il əzrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil ilə təminatını başa çatdırmaq niyyətindədir. Bunu nazir Sahil Babayev deyib.
“Cari il verilən mənzillərin sayını 934-dək artırmağı planlaşdırırıq. Bundan sonra siyahımızda 3 minə yaxın şəxs qalır ki, onlar da mənzil ilə təmin olunmalıdır. Ümid edirik ki, gələcək 2-3 il ərzində bu prosesi başa çatdıracağıq”, - Babayev bu gün Milli Məclisin plenar iclasında bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə qeyd olunan kateqoriyadan olan vətəndaşlara 626 yeni mənzil təqdim olunub.
“Beləliklə, indiyədək Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 6,654 min mənzil verilib”, - nazir əlavə edib. **
Ə.Məmmədov