Mənəvi dəyərlərin mühafizəsi dünyanın bütün ənənəvi konfessiyalarının nümayəndələri üçün prioritetlərdən biri olmalıdır. Bunu Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill deyib.
“Bu zalda müxtəlif dini ənənələrin nümayəndələri toplaşıb. Məzhəblərdə obyektiv fəqrlərə baxmayaraq, ictimai mənəviyyat məsələlərinə dair fikirlərimiz eynidir. Bizim ümumi borcumuz və birgə vəzifəmiz – insan həyatında mənəvi istiqamətlərə şahidlik etməkdir. Dini liderlər siyasi liderıəri birgə səslənə bilərlər və bunu etməlidirlər”, - o, bu gün Bakıda keçirilən Dini liderlərin II Sammitinin açılışında bildirib.
Patriarx Kirill güclü və inkişaf etmiş ölkələrin daha az inkişaf edən ölkələr hesabına özünün geosiyasi problemlərini həll edərək onların istismar olunmamasına diqqət aylırmağa çağırıb. **