“Azərxalça” ASC 5 ədəd avtobusun satın alınmasına dair tender elan edib.
Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı 700 manat təşkil edir.
Tenderin şərtlərinə görə, avtobuslarda oturacaqların sayı 28-30 arasında olmalıdır.
Tender təklifləri 16 dekabr saat 18:00-dək qəbul olunur. Təklif zərfləri 17 dekabr saat 12:30-da açılacaq.
Bundan başqa, “Azərxalça” 5 ədəd orta tonnajlı yük avtomobilinin satın alınması haqqında tender elan edib.
Tenderdə iştirak haqqı 700 manatdır.
Tender təklifləri 16 dekabr saat 18:00-dək qəbul olunur. Təklif zərfləri 17 dekabr saat 9:30-da açılacaq.
“Azərxalça” Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb.*
B.Rüstəmbəyov