“Argus” beynəlxalq müstəqil qiymətləndirmə agentliyi 12-13 mart 2020-ci il tarixlərində Bakıda II Azərbaycan Neft Sammiti keçirəcək.
“Sammit “Argus” agentliyinin baş tərəfdaşı olan SOCAR-ın dəstəyi ilə təşkil ediləcək. Forumda neft, nəqliyyat, ticarət və neft emalı sahələrində regionun ən iri şirkət və müəssisələri iştirak edəcək. İştirakçılar neft, neft məhsulları, neft-kimya məhsullarının ixracı üçün logistik marşrutların və treydinqin xüsusiyyətlərini müzakirə edəcəklər”, - deyə “Argus”un məlumatında bildirilir.
Forum çərçivəsində Xəzər regionunda neft, neft məhsulları və neft kimya məhsullarının marketinq və treydinq xüsusiyyətləri, Azərbaycan və Xəzəryanı ölkələrdən neft və neft məhsullarının ixrac marşrutları, regionda neft emalı güclərinin modernləşdirilməsi layihələri və Xəzər-Aralıq dənizi nəqliyyat dəhlizi çərçivəsində yeni logistik sxemlərin inkişaf perspektivləri müzakirə olunacaq.
Bundan başqa, Xəzər regionunda məhsul neft-kimya sənayesi məhsullarının istehsalı, nəqli və treydinqi məsələsi də müzakirə mövzusu olacaq.
Daha əvvəl sammitin 20-21 noyabr 2019-cu il tarixlərində keçirilməsi planlaşdırılmışdı. Sammitin vaxtının dəyişdirilməsinin səbəbləri açıqlanmır.*
N.Abbasova