Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev noyabrın 21-də Bolqarıstanın daxili işlər naziri Mladen Marinovu qəbul edib. Bu barədə DSX-nin məlumatında deyilir.
“Görüş çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında” saziş imzalanıb”, -deyə məlumatda bildirilir.
Bundan başqa, nümayəndə heyətləri regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar, Azərbaycan ilə Bolqarıstan arasında sərhəd mühafizəsi və nəzarəti sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparıblar.*
X.Nəsirzadə