22.11.2019 15:23

Azərbaycan 9 ay ərzində Rusiyaya alma ixracını 37% artırıb

Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında $22 milyon 793,05 min dəyərində təzə alma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Yanvar-sentyabr aylarında Azərbaycan $22 milyon 793,05 min dəyərində 55,145 min ton alma ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 38,8%, dəyər ifadəsində 32,8% artıb”, - deyə məlumatda bildirilir.

İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə cari ilin 9 ayı ərzində RF-yə $20 milyon 726,06 min dəyərində (artım 31%) 50,827 min ton təzə alma (artım 37,4%) ixrac edilib. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan alma ixracının 92,2%-i Rusiyanın payına düşüb.

2018-ci ildə Azərbaycan $38 milyon 37,17 min dəyərində 89,866 min ton alma ixrac edib. İxracın əsas həcmi ($34 milyon 548,26 min dəyərində 82,398 min ton) Rusiyanın payına düşüb.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.