Azərbaycanın gömrük orqanları təxminən $20 min məbləğində vəsaitin respublikanın gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“Bakı-Urumçi aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı xarici valyutanı gömrük nəzarətinə təqdim, elektron və ya yazılı formada bəyan etmədən "Qırmızı kanal" buraxılış sistemindən istifadə edib. Lakin şəxsi əşyaları rentgen aparatından keçirilən zaman sərnişində gömrüyə bəyan olunmayan malların olması barədə əsaslı şübhə yaranıb. Bu səbəbdən də o, sorğu-sual edilib və üzərində $8 min pul vəsaiti olduğunu bildirib”, - deyə o bildirib.
Şəxsi yoxlama zamanı vətəndaşın şalvarının, pencəyinin ciblərində və pul qabının içərisində, ümumilikdə $19,5 min aşkar edilib.*
B.Rüstəmbəyov