Prezident İlham Əliyev Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 34,3 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.*
Ə.Məmmədov