Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 500 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, vəsait əlil və şəhid ailələrinin mənzillə təminatına yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən ayrılacaq.*
X.Nəsirzadə