Quba-Xınalıq avtomobil yolunun tikintisi 2020-ci il ərzində başa çatacaq. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir.
Hazırda layihə çərçivəsində 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması, 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi üzrə işlər aparılır.
Avtomobil yolunun tikintisi sərnişin və yükdaşımasının yaxşılaşmasına imkan verəcək. Bundan başqa, yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.
Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirəcək.*
X.Nəsrizadə