Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işi davam etdirəcək. Bunu Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsiFederika Moqerinideyib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işini, Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə dialoqu dəstəklənməsi və təşviq edilməsini davam etdiriləcəyik. Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləyir”, - Moqerini Avropa Parlamentinin Şərq Tərəfdaşlığının inkişafına dair plenar iclasda bildirib.
O cümlədən, Moqerini qeyd edib ki, Aİ və Azərbaycan strateji tərəfdaşlığa dair yeni sazişin imzalanması üzrə danışıqları davam etdirəcək.
“Beynəlxalq standartlara uyğun olaraq, insan hüquqlarından iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinədək müxtəlif məsələləri əhatə edən ambisiyalı sazişin imzalanmasını arzu edirik”, - Moqerini bildirib.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb. **
Ə.Məmmədov