4 dekabr tarixində Bratislava şəhərində (Slovakiya) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Mnatsakanyan Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçirəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan”a XİN-dən məlumat verib.
Nazirlikdən bildirilir ki, görüş ATƏT-in 26-cı Nazirlər görüşü çərçicvəsində və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.
Cari il Məmmədyarov və Mnatsakanyan arasında artıq 4 görüş baş tutub: yanvarın 16-da Parisdə, aprelin 15-də Moskvada, iyunun 20-nə Vaşinqtonda və sentyabrın 23-də Nyu-Yorkda. Beləliklə, Bratislavada keçiriləcək görüş sayca beşinci olacaq. **
A.Əzizov