Azərbaycan və Qətər XİN başçıları arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan”a XİN-dən məlumat verilib.
1 dekabr 2019-cu il tarixində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.
“1 dekabr tarixində Doha şəhərində Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov və Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Səd Əl-Mureyxi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib”, - AZərbaycan XİN-dən qeyd olunub.
Tərəflər Azərbaycan və Qətər ikitərəfli əməkdaşlığının bir sıra məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar. Həmçinin İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, turizm, elm-təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. **
Ə.Məmmədov