Bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı RF XİN başçısı Sergey Lavrov Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində etimad tədbirlərinin reallaşdırılmasında maraqlı olduğunu ifadə edib.
“Biz Vyana sammitində əldə olunan və Moskvada nazirlər görüşündə bir daha təsdiqlənən etimad tədbirləri, həmçinin KİV xətti ilə humanitar əlaqələrin qurulmasına dair əldə olunan razılıqların həyata keçirilməsində maraqlıyıq”, - Lavrov Əliyev ilə görüşdə bildirib. Bu barədə RF XİN-in saytı məlumat verir Nazir qeyd edib ki, bu razılıqlar “tədricən reallaşdırılır”. O, cari həftə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin keçiriləcək görüşünün “bu prosesləri möhkəmləndirəcəyinə” ümidvar olduğunu bildirib.
Lavrov “uzunmüddətli siyasi nizamlanma üçün çox qarşıda işlərin görülməsi gərək olduğu” ilə bağlı Əliyevlə razılığını ifadə edib.
“Hər iki tərəfin təsdiq etdiyi və BMT Nizamnaməsi və Heelsinki Yekun Aktında öz əksini tapan əsas prinsiplərə zidd olan ritorikadan yayınmağın labüd olmasına dair fikirlərinizi tam dəstəkləyirəm”, - XİN Lavrovun sözlərindən sitat gətirir. **