Dövlət Sərhəd Xidmətinin əməkdaşları sağlamlıq problemləri olan 4 iranlı və bir rusiyalı dənizçinin gəmilərindən tibbi təxliyəsi üçün tədbirlər görüblər.
Məlumata əsasən, 1 dekabr 2019-cu il tarixində saat 17:50 radələrində İran İslam Respublikasına məxsus Hövsan reydində olan “Paya” quru yük gəmisinin 4 nəfər heyət üzvünün hərarətlərinin yüksək olması ilə əlaqədar özlərini pis hiss etmələri haqqında məlumat daxil olub. “Onların Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasına təxliyə edilmələri təşkil olunub”, - DSX-dən qeyd ediblər.
Bunan əlavə, 1 dekabr tarixində saat 18:25 radələrində Rusiya Federasiyasının bayrağı altında üzən “Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar köməklik göstərilməsi barədə məlumat daxil olub. “Xəstənin tibbi təxliyəsi üçün təxirəsalınmaz tədbirlər görülüb, limana çıxarılaraq tibb müəssisəsinə yerləşdirilməsi təşkil olunub”, - DSX-dən bildirilir. **
A.Əzizov