Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-yə üzv ölkələrinin Azərbaycana silah satmamaq çağırışına baxmayaraq, Rusiya XİN başçısı Sergey Lavrov hərbi-texniki əməkdaşlığı Rusiya və Azərbaycanın mühüm strateji tərəfdaşlığı adlandırıb.
“Yalnız vurğulaya bilərəm ki, hərbi-texniki əməkdaşlıq – Azərbaycanla strateji tərəfdaşlığımızın vacib sahələrindəndir”, - Lavrov çərşənbə axşamı Ermənistanın baş nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələri Qarabağ münaqişəsinin mümkün gərginləşməsinin qarşısını almaq məqsədilə Azərbaycanın silah satınalmasına dair sorğusuna imtina cavabı verməlidir sözlərini şərh edərkən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Lavrovun sözlərinə görə, Rusiya və Azərbaycan əməkdaşlığı “tam şəffaf” və “beynəlxalq hüquq normaları, Azərbaycan və Rusiya Federasiyasının qanunvericilik normalarına tam uyğun şəkildə və burada sabitliyin qorunması üçün formalaşan və vacin olan balans tamamilə nəzərə alınmaqla” inkişaf edir.
Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva öncə Paşinyanın fikirlərini şərh edərkən bəyan edib ki, “ehtiyac olarsa, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT ilə heç bir aidiyyəti yoxdur”. **