Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin noyabr ayında valyuta hərraclarında $539,81 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin oktyabr ayında valyuta hərraclarında $654,85 mln. məbləğində xarici valyuta satıb. Beləliklə, cari ilin noyabr ayında fond tərəfindən xarici valyutanın satış həcmi sentyabr ayı ilə müqayisədə 17,6% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, yanvar-noyabr aylarında valyuta hərraclarında $5 mlrd. 707,51 mln. məbləğində xarici valyuta satılıb (ötən ilin analohji dövür ilə müqayisədə azalma 1,2% - İF).
Fond 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 79,4% çoxdur.**
A.Əzizov