Milli Məclis çərşənbə axşamı keçirilən iclasda icbari tibbi sığorta sisteminin tətbiqinə yönələn “İcbari Tibbi Sığorta haqqında” qanununa dəyişiklikləri III oxunuşda qəbul edib.
II oxunuşdan sonra daxil edilən dəyişikliklərə əsasən, İTS üzrə sığorta haqlarının yığımı 2020-ci il aprelin 1-dən başlanacaq. Dövlət büdcəsindən vəsaitin yığımı, həmçinin spirtli içki, energetik içki və tütün məmulatları istehsdalçılarından daxilolmalar istisna təşkil edəcək İTS-nin maliyyələşdirilməsi məqsədilə 2020-ci ildə dövlət büdcəsindən 900 milyon manat ayrılacaq, əməkdaşlardan və işəgötürənlərdən 229 milyon manat məbləğində daxilolmalar gözlənilir, daha 185 milyon manat digər mənbələrdən daxil olacaq.
Birinci oxunuşdan sonra layihəyə vətəndaşların İTS xidmətləri üçün müraciəti zamanı özlərinin tibb müəssisəsi və həkim seçmək hüququna dair dəyişklik daxil edilib.
Ümumilikdə, dəyişikliklər baza və əlavə xidmətlər paketi anşayışının ləğv olunması və vahid xidmətlər paketinin tətbiqini nəzərdə tutur.
Bundan əlavə, birgəı maliyyələşdirmə məbləği anlayışı daxil edilir – İTS tərəfindən ödəməyə daxil olmayan və sığorta olunanın ödənişinin zərərinin bir hissəsi.
Sığorta olunanların siyahısına qaçqınlar, həmçinin BMT-nin qaçqınlar üzrə Ali komissarının Nümayəndələyinin himayəsinə götürülən vətəndaşlığı olmayan əcnəbi şəxslər daxil edilib.
Bundan başqa, qanunda düzəlişlər İTS sisteminin əhatə etmədiyi şəxslərin siyahısını müəyyən edir. Bu kateqoriyaya hərbi xidmət keçənlər, istintaq altında olanlar, məhbuslar, həmçinin Azərbaycanmın Miqrasiya Məcəlləsinə uyğun olaraq müvəqqətiölkədə olan və ya yaşayan şəxslər daxildir.
O cümlədən, dəyişikliklər İcbari Sığorta Bürosunun üzvlərinin təqvim ödənişləri hesabına köçürmələr nəzərdə tutan bəndin ləğvini nəzərdə tutur.
Həmçinin, düzəlişlər İTS üzrə tariflərin dəyişdirilməsini nəzərdə tutur.
Yeni qaydalara əsasən, 2020-ci ildə özəl və qeyri-neft sektorunun nümayəndələri 8 min manatı ötməyən əmək haqqının 1%-ni ödəməlidirlər. 2021-ci ildə bu kateqoriya üşün aylrmalar artıq 2% təşkil edəcək. Eyni zamanda, 2020-ci ildə işəgötürənlər işçiyə görə əmək haqqı fondundan 1% və 2021-ci ildə - 2%-ni ödəməlidirlər. Bundan başqa, 8 min manatdan çox olan əmək haqqının bir hissəsindən əlavə olaraq 0,5% tutulacaq.
Neft və dövlət sektorunun əməkdaşları 8 min manatı ötməyən əmək haqqının 2%-ni və əlavə olaraq 8 min manatdan çox olan əmək haqqından 0,5% ödəniş etməlidirlər. İşəgötürənlər əmək haqqı fondundan 2% və (8 min manatı ötməyən) və əlavə olaraq 8 min manatdan çox olan məbləğdən əlavə olaraq 0,5% ödəniş edəcəklər.
18 yaşına çatmayan, həmçinin təhsil alan və 23 yaşına çatmayan, pensiyaçılar, ünvanlı sosial yardım alan şəxsıər, hamilə qadınlar, qaçqınlar, o cümlədən əcnəbilər və vətəndaşlığı olamayan şəxslər üçün xidmətlər paketinin məbləği illik 90 manat təşkil edəcək və dövlət büdcəsindən ödəniləcək.
Vergi uçotuna alınan fiziki şəxslər üçün İTS üzrə xidmətər paketinin məbləği minimum əmək haqqının 4%-ni təşkil edəcək (hazırda 300 manat təşkil edir - İF). Mülki-hüquqi müqavilələr əsasında işlər və xidmətlər göstərən fiziki şəxslər İTS xidmətıər paketi əldə etmək üçün 8 min manatadək gəlirin 2%-ni və 8 min manatdan çox olan gəlirin bir hissəinin 1%-ni ödəməlidir.
Digər şəxslər 2023-cü ildən etibarən minimum əmək haqqının 48%-ni ödəməli olacaqlar.
Sığorta haqqları aylıq hesablanacaq və onları gələn ayın 15-dən gec olmayaraq ödəmək lazımdır.
O cümlədən, dəyişikliklər sığorta olunan şəxsin ərazi üzrə olmayan tibb müəssisəsinə müraciəti hallarında əlavə ödənişlər Bütövlükdə, sığorta olunanlar ərazi prinsipi üzrə tibb müəssisələrinə müraciət etməlidirlər.
Düzəlişlər 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. ** Ə.Məmmədov