Bakı Nəqliyyat Agentliyi sığorta xidmətlərinin seçimi üzrə təkliflərin sorğusunu elan edib. Bu barədə agentliyin elanında deyilir.
Sorğu 4 lotdan ibarətdir.
Lot-1 daşınmaz əmlakın yanğın və digər əlavə risklərdən könüllü sığortası, lot-2 - üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, lot-3 - avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsulliyyətinin icbarı sığortasından artıq olan hissəsi üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyyətinin könüllü sığortası, lot-4 - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasını nəzərdə tutur.
Tender təklifləri dekabrın 6-dək qəbul olunur, təkliflər dekabrın 9-da açılacaq.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
Ə.Məmmədov