2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan ASK məhsullarının ayrı-ayrı növlərinin ixracını artırıb. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çərşənbə günü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzvlərinin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən VI toplantısında deyib.
“Yanvar-oktyabr ayları ərzində Azərbaycanın təzə meyvələrinin ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 21,5%, qınd ixracı – 49,5%, təzə şirə ixracı – 33,7%, tütün ixracı – 2 dəfədən çox, çay ixracı – 7%, marqarin ixracı – 49,6% artıb”, - Təhməzli bildirib.
Onun rəyinə görə, ECO-ya üzv ölkələri ilə əməkdaşlıq heyvandalıq sahəsində idxal-ixrac üçün əlverişli şərait yaradacaq.
Həmçinin, Agentliyin sədri qeyd edib ki, ECO üzvləri heyvan mənşəli məhsulların istehsalı, o cümlədən ticarəti sahəsində böyük potensiala malikdir.
Bundan əlavə, Təhməzli bildirib ki, ECO-ya üzv ölkələrinin müvafiq strukturları arasında baytarlıq nizamnaməsi qəbul olunandan sonra bu sahədə əməkdaşlıq intensiv inkişaf edəcək. “Əməkdaşıq çərçivəsində sərhəd məntəqələrində laborator yoxlamalar aparılacaq, həmçinin analiz nəticələrinin qəbulu həyata keçiriləcək”, - o əlavə edib. **
X.Nəsirzadə