Azərbaycan prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Əliyev çərşənbə günü müvafiq sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub.
Digər sərəncamla İ.Əliyev Əhməd Muxtarovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Bundan əlavə, İ.Əliyev Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib. **
Ə.Məmmədov