Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Bratislavada keçirilən görüşdə 3,5 saat ərzində Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. Nazirlərin yeni görüşü 2020-ci ilin əvvəlinə planlaşdırılıb.
“Bratislavada Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş baş tutub. Görüş 3,5 saat davam edib. Nazirlər cari vəziyyəti, həmçinin münaqişənin sülh yolu ilə həlli üçün gələcək addımları müzakirə ediblər”, - “İnterfaks-Azərbaycan”a XİN-dən bildiriblər.
Nazirlikdən əlavə ediblər ki, nazirlərin növbəti görüşü 2020-ci ilin əvvəlində baş tutacaq. **
A.Əzizov