Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Ittifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüş zamanı rəsmi Bakının Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı mövqeyini təqdim edib.
Görüş ATƏT-in Bratislavada keçirilən Nazirlər Şurası çərçivəsində baş tutub. Bu barədə nazirlikdən məlumat verilir.
E.Məmmədyarov Toivo Klaara erməni həmkarı ilə dünən baş tutmuş görüşü barədə məlumat verdi.
“Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin (Azərbaycanəın ərazi bütövlüyü əsasında - İF) və bu xüsusda, Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxardılmasının və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının vacibliyini vurğuladı”, - XİN qeyd edir.
Məlumata görə, həmsöhbətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar. **
X.Nəsirzadə