Azərbaycan prezidenti İlham Əliyev və I vitse-prezident, birinci xanım Mehriban Əliyeva cümə günü Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlət başçısına məlumat verdi.
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikanın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur.
Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağacın əkilməsi nəzərdə tutulub. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. **
X.Nəsirzadə