Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhər kollecində baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.
“Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar dekabrın 8-də Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə XİN-in “Twitter” səhifəsində yaydığı məlumatda qeyd olunur.
Xatırladaq ki, dekabrın 4-də saat 10:12-də Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı 10 nəfər ölüb. Hadisə zamanı xəsarət almış 30 nəfərdən 9-u xəstəxanadadır.*
N.Abbasova