Bakıda “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Bu barədə “İnterfaks-Azərbaycan”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
FHN-dən vurğulanıb ki, əlavə məlumat veriləcək. **